Ezofaqus varikoz bant liqosiyası

Ezofaqus varikoz bant liqosiyası nədir?
Əsasən qaraciyər xəstələrində portal hipertenziya formalaşır. Portal hipertenziya qaraciyərin anadamarının portal venanın genişlənməsindən yaranan bir problemdir. Portal hipertenziyada qaraciyərin anadamarı genişlənir və anadamardan ayrılan şaxələr ən əsas qida borusu, mədə, dalaq, bağırsaq venaları, göbəkətrafı venalar genişlənməyə başlayır və bu damarlar genişləndikcə xəstədə ciddi həyati təhlükəli problemlər yaradır. Portal venada axının sürətinin zəif olması irəlidə qaraciyər tromblarının, qaraciyər venalarının tromblarının yaranmasına gətirib çıxardır. Və ya bu damarların genişlənməsi qida borusunun, mədənin damarlarının çox ciddi genişlənməsi və xəstənin həyatının sonlanması ilə nəticələrin ağır bir patologiyalarına gətirir. Bizim daha çox narahat olduğumuz və qoxduğumuz qida borusu və mədə damarlarının genişlənməsidir. Endoskopik varikoz band liqosiyası vasitəsilə qida borusunda olan bu damarlar bağlanılır. Damarlar liqosiya olur. Qida borusundakı bu damarlar daha çox xəstələr qanaxma ilə xəstəxanaya müraciət etdikdə o zaman təyin olunur və bu əməliyyat icra olunur. Bundan başqa, sirroz diaqnozu qoyulmuş xəstələrdə bu damarlar profilaktik olaraq ilkin baxılır, diaqnoz qoyulur və diaqnoz qoyulduqdan sonra qanaxmaya meyilli damarlardırsa, öncədən proflaktik olaraq bağlanılır ki, irəlidə xəstə ciddi qanaxma təhlükəsi altında olmasın.
Ezofaqus varikoz bant liqosiyası necə icra olunur?
İzofaqus varikoz bantları ilkin olaraq xəstələrdə əgər diaqnozu öncədən təyin olunmuşdursa və proflaktiki olaraq bağlanılırsa, bu xəstələrimizdə çox rahat bir prosedurdur, rahat icra eləyə biləcəyimiz prosedur halında olur. Ancaq xəstələrdə kəskin qanaxma ilə, profus qanaxma ilə xəstəxanaya müraciət edirlərsə, bu müəyyən qədər daha da çətinləşir və hətta xəstənin ciddi həyatı təhlükə problemi yaranır. İzofaqus varikoz bantlarının liqosiyasında endoskopiya cihazı ilə hansı ki öncədən xəstəyə təyin olunmuş bu varislərin olmasını gördükdən sonra, bu endoskopiya cihazının ucluğuna rezin həlqələrdən ibarət band liqaturlarından istifadə edirik. Endoskopun ucluğuna bu rezin həlqələr olan cihazı yerləşdiririk və qida borusundakı bu damarları, genişlənmiş damarları, qanaxma olan damarları və ya qanaxmaya meyilli damarları tək-tək bağlayırıq və bununla xəstənin həyatını xilas etmiş oluruq.